Aqşin Evrənin şeiri İranda da dərc edilib

Tarix:12-09-2017, 12:27 Baxış Sayı:134

Aqşin Evrənin şeiri İranda da dərc edilib


Şair Aqşin Evrənin "Unutmağın resepti" Təbriz şəhərində çap olunub.

Bu barədə şair öz sosial şəbəkə hesabında yazıb: ""Unutmağın resepti" şeiri Türkiyə, Almaniya, Britaniya, Polşa, Rusiya və Çexiyadan sonra əfsanəvi, doğma Təbrizdə də çap olunub."

Şeiri təqdim edirik:

Unutmağın resepti

Hərdən onun toxunduğu yerlər qopar bədənindən
hissə-hissə yoxa çıxarsan hərdən
Hərdən “qayıt, ölürəm” kimi oxunar
ona yazdığın bircə “Salam. Necəsən?”

Sıxılarsan...
Bilməzsən hara qoyasan bu nəhəng ayrılığı
Görərsən saçların onun çiyni üçün darıxır

Ayrılıq sevgiyə yox, ölümə daxildi, qızım...
Bunu da öyrənmişdin uşaqlıq paltarından
Gör ayrılığın üstündən neçə payız keçib e,
onun qoxusu hələ də çəkilmir paltarından

Hərdən ovulub gedərsən...
Burnunun ucu göynəyər tanış qoxudan ötrü
Yağış yağar, görərsən ki,
altında bir boş yer qalıb əlindəki çətirin

Hərdən boynunu üşüdər onun aldığı şərf də
barmaqların əllərindən sırsıra tək sallanar.
Boş küçədə öskürər xatirələr astaca
Cədvəllərdə yazılar: “mənfi sənsiz dərəcə”

Hərdən heç nə dəyişməz...
Bir görüş yeri boyda boşluq qalar içində
Hərdən büdrəyərsən... yıxılarsan
xatirələrin yanından keçəndə...

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ