Cəmil Məlikov: "Bu bizim ilk belə təcrübəmizdir"

Tarix:28-08-2017, 23:53 Baxış Sayı:156

 Cəmil Məlikov: "Bu bizim ilk belə təcrübəmizdir"
ABOEM üzrə DA-nin təşkilatçılığı ilə regionların inkişafına alternativ enerji ilə töhvə vermək məqsədilə media nümayəndlərinin və DA əməkdaşlarından ibarət 50 nəfərlik nümayəndə heyəti ilə Qobustan rayonuna ekspedisiya yürüşü təşkil edilib.

MANERA.AZ xəbər verir ki, Agentlik sədrinin müavini Cəmil Məlikov KİV nümayəndələrinə yürüş barədə məlumat verib:

- Bu gün biz Qobustan eksperimental poliqonunda və tədris mərkəzində yığışmışıq. Burada biz ənənəvi olaraq bir neçə belə bir ekspedisiyalar təşkil etmişik. Həm dövlət agentliyinin (ABOEM) işçiləri üçün, həm məktəblilər, universitet tələbələri üçün. Bundan başqa beynəlxalq universitetlərin tələbələri də təcrübə bölüşməsi çərçivəsində Azərbaycana gələndə bizim poliqona üz tuturlar. Və biz onlara bu ekspedisiya çərçivəsində Azərbaycanın təbii potensialını yəni enerji baxımından hidroresurslarımızdan, günəş resusumuzun, biokütlə resursumuzun, külək enerjisi resurslarımızdan məlumat vermək bizim əyani şəkildə, avadanlıqlar göstərməklə, məlumatların toplanmasını və Azərbaycanın uzaq guşələri ilə tanış olamğını özümüzə rəva bilirik.

“Qobustan rayonunda ən yüksək zirvə Xilə dağıdır. Xilə dağının hündürlüyü təxminən dəniz səviyyəsindən 1200 m hündürdür. Və biz bu dağın hündür nöqtəsində bu günləri hamımız bir yerdə dövlət agentliyinin bayrağının və günəş enerjisi hesabına işləyən fanarın qoyulmasına, quraşdırılmasına nail olacayıq. Bundan sonra həmin dağın ətrafında yaşayan insanlar yəqin ki, mayak kimi öz dağlarının zirvəsinin gecə vaxtı da işıqlandırılmasını görəcəklər. Bu bizim ilk belə təcrübəmizdir.” –deyə C. Məlikov bildirib.


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ