manera.az
manera.az

Müəllimlərimiz necə geyinsin? - Namiq Hacıheydərli yazır...

Müəllimlərimiz necə  geyinsin? -  Namiq Hacıheydərli yazır...
Bu fərqlilik xüsusilə müəllimələr arasında qabarıq şəkildə meydana çıxır. Bəziləri kifayət qədər bəzəkli, daş-qaşlı geyimlərə, bəziləri açıq-saçıq geyimlərə üstünlük verir. Bir çox məktəblərimizdə isə şagird qarşısına hicabla çıxan müəllimələr var. Hesab edirəm ki, bunlar yolverilməzdir. Misal üçün, qərbi Avropa dövləti olan Fransada hər hansı bir müəllim, həkim, mühəndis və s. üzərində dini simgələr olan geyimlə müəssissəyə daxil ola bilməz.

Azərbaycan dünyəvi dövlətdir. Başa düşürəm ki, hər kəs istədiyi dini, sektanı və yaşam tərzini seçməkdə azaddır. Ancaq üzərində dini simvolları daşıyan geyimləri məktəbə, müəssisəyə geymək təbliğat sayılmalıdır və qəti yasaq edilməlidir. Müəllimlərimiz arasında Xristianlığın, İslamın, Krişnaizmin, “Yahova şahidləri”nin, eləcə də Deizmin və Ateizmin daşıyıcıları var. Təsəvvür edin, onların hər biri seçdiyi yaşam tərzini simvolizə edən geyimləri geyib şagird qarşısına çıxarsa, hansı sonuclara gətirib çıxarar? Sabah biri də Buddanın heykəlciyini boynundan asıb gələr ki, mən buddistəm və başqa dinlərin daşıyıcıları öz dinlərini simvolizə edən geyimləri geydiyi kimi, mən də Buddanın heykəlciyini üzərimdə daşımaqda azadam.

Ətrafımda xeyli sayda müəllim işləyən dostlarım var. O gün onlardan biri deyir ki, məktəbimizdə bir dindar xanım ibtidai sinif şagirdlərinə dərsi izah etmək əvəzinə cəhənnəmin əzablarından danışır və 7-8 yaşında qızları çadra geyməyə yönləndirir. Bir başqası isə son dönəmdə qəbul etdiyi dini sektanın tələblərinə uyğun olaraq, şagirdləri vətənpərvərlik mövzulu şeirləri əzbərləməkdən çəkindirir, insanın vətəni olmadığını aşılayır və s.

Hesab edirəm ki, bu və bu kimi hallar gələcəkdə çox ciddi problemlərə çevrilə bilər. Bu səbəbdən məktəblərimizdə geyim məsələsi çox ciddi şəkildə müzakirə olunmalı, açıq-saçıq, bər-bəzəkli, milli mentalitetə zidd olan və eləcə də ayrı-ayrı dinləri simvolizə edən geyimlərlə şagird qarşısına çıxmaq qəti yasaq edilməlidir. Bunun qarşısını isə zənnimcə, vahid müəllim forması ilə almaq mümkündür. Bəlkə daha optimal yollar var.
Bunu da qoy, təcrübəli təhsil ekspertləri və təhsil sahəsinin yetkililəri düşünsün.

Namiq HACIHEYDƏRLİ
Şair-publisist

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031