Dünyada ən çox qazanan aktyorlar - Siyahı

Tarix:23-08-2017, 11:18 Baxış Sayı:67


Dünyada ən çox qazanan aktyorlar - Siyahı
Amerikalı aktyor Mark Uolberq 2017-ci ildə dünyanın ən çox qazanan aktyoru olub.

MANERA.AZ lent.ru saytına istinadla xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.

Jurnalın avqustun 22-də nəşr olunan nömrəsində açıqlanan siyahıya görə, Mark Uolberq bu il ərzində 68 milyon dollar qazanıb. O, bu məbləğin böyük hissəsini rol aldığı “Salam, ata, Yeni il! 2” və “Transformerlər: Sonuncu cəngavər” filmlərindən əldə edib.

Siyahıda ikinci və üçüncü yerlərdə Dueyn Conson və Vin Dizel qərarlaşıb. Onlar müvafiq olaraq 65 və 54,5 milyon dollar gəlir əldə ediblər.

İlk onluqda digər məşhur aktyorlar - Adam Sendler (50,5 milyon), Ceki Çan (49 milyon), Tom Kruz (43 milyon) və Şahrux Xan (38 milyon) da yer alıb.

[center][/center]
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ