Musiqisevərlər bir arada

Tarix:4-08-2017, 17:00 Baxış Sayı:43

Musiqisevərlər bir arada
Bakıda, Fəvvarələr meydanında musiqisevərləri bir araya gətirəcək “Music Band” verilişinin növbəti çəkilişlərinə başlanılıb.

Layihə “Mədəniyyət” kanalı və Heydər Əliyev Sarayının birgə təşkilatçılığı ilə reallaşıb.

Layihə caz, rok, estrada və digər musiqi janrlarının yaranması, inkişaf tarixi barədə tamaşaçılara məlumat vermək, habelə gənc nəslin musiqi zövqünün formalaşmasına, maariflənməsinə xidmət etmək məqsədi daşıyır.

Tədbir tamaşaçılarla canlı ünsiyyət qurmaq, gənclərin, paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının asudə vaxtlarının səmərəli və əyləncəli keçməsinə imkan yaradıb. Layihə çərçivəsində gerçəkləşən konsertdə müasir estrada mahnıları ilə yanaşı, Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət kompozisiyalar səsləndirilib.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ