Övladlarınızı “İdrak” liseyinə əmanət edin!

Tarix:14-07-2017, 10:56 Baxış Sayı:567


Övladlarınızı “İdrak” liseyinə əmanət edin!
“İdrak” liseyi Ziya Bünyadov 3 ünvanında yerləşir.


Binada yerləşən “Fidan” məktəbə hazırlıq qrupu, yeməkxana, həkim otağı və kitabxana, oxu zalı şagird və müəllimlərin xidmətindədir.

Yeməkxanada şagirdlər gündə üç dəfə sağlam qida ilə təmin olunurlar. Yeməkxanada sanitar-gigiyenik qaydalara ciddi nəzarət olunur. Liseyin pediatr- həkiminin tərtib etdiyi menyuda şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınır.

Onların sağlam böyüməsi və normal inkişafı üçün zəruri olan ərzaqlardan istifadə olunur. Buna görə də xörəklərin hazırlanmasında süd və süd məhsulları, ət və ət məhsulları, müxtəlif karbohidratlar, zülallar, meyvə və tərəvəzlər geniş yer tutur.

Şagirdlərin sağlamlığına nəzarət edən, onların vaxtaşırı müayinədən keçirən tibbi personalın xidməti də diqqətəlayiqdir. Məktəblilər vaxtlı-vaxtında peyvənd olunur, lazımi dərman preparatları ilə təmin edilirlər. Əgər şagirdlərdən birində yoluxucu xəstəlik əlamətləri aşkar edilərsə, vaxtında digər şagirdlərdən izolyasiya edilir və müalicəyə cəlb olunur.
Mütərəqqi təhsil ənənələri ilə digər təhsil müəssisələrindən fərqlənən İdrak liseyi çoxsaylı alideyinlərin xahişi ilə artıq Bakı şəhərində fəaliyyətə başlayıb.
Bu gün elektron -məktəb proqramı ilə işləyən Idrak Liseyi ölkədə ən müasir təlim bazasına –müasir məktəb binasına, ən müasir avadanlıqlarla təchiz olunmuş sinif və laboratoriyalara, lazımi sosial fəaliyyət məkanına sahibdir. Pedaqoji kadrları peşəkar müəllim və tərbiyəçilərdən ibarət olan məktəbdə şagirdlərə yüksək səviyyədə təlim və tərbiyə verilir, şagirdlər üçün tələb olunan hər cür məişət, ictimai, mədəni, communal xidmətlərlə təmin olunurlar.

MƏQSƏD

şagirdlərə yüksək keyfiyyətli təhsil verərək onların ölkəmizin və dünyanın istənilən ölkəsində universitetə daxil olmalarını təmin etməkdir.
İDRAK liseyi öz məzunları ilə 100% nəticə göstərən yeganə Liseydi. Liseyi son dörd ildə bitirən məzunların hamisi 100% nəticə göstərərək dövlət hesabına ödənişsiz təhsil alırlar. Onların təxminən 40% i ölkədən kənarda təhsil alır.

Liseyi binası DİN-nin xüsusi əməkdaşları tərəfindən mühafizə olunur.

Məktəbə kənar şəxslərin girişi qadağandır.

"İDRAK"ı daha yaxından tanımaq üçün isə sizi liseye dəvət edirik.

Ünvan;
Bakı ş., Ziya Bünyadov 3
(Keçmiş Karl Marks heykəli ilə üzbəüz)
(+994 12) 563 58 14/15 (+994 50) 256 65 67/68

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ