Müəllimlər üçün növbəti təlim

Tarix:15-07-2017, 08:55 Baxış Sayı:397

Müəllimlər üçün növbəti təlim
"İdrak" liseyində təlim keçirilib

Manera.az xəbər verir ki, "İdrak" liseyində Təhsil Şurasının Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Ibtidai sinif müəllimlərinə fəal təlim metodlarının öyrədilməsi və pedaqoji prosesdə tətbiqi üzrə işlərin təşkili" mövzusunda təlim keçirilmişdir.

Təlimin bağlanış mərasimi "İdrak" liseyinin akt zalında keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev açaraq həyata keçirilən təlimin əhəmiyyətindən danışıb.

Ə. Ağayev təlim zamanı liseydə müəllimlərə göstərilən diqqət və qayğıya görə, "İdrak" liseyi Sumqayıt və Bakı filialının təsisçisi, pedaqoji elmlər doktoru, professor Mönsüm Alışova təşəkkür edib.

Daha sonra çıxış edən M. Alışanov qonaqları salamlayıb və belə təlimlərin bundan sonra da keçirilməsi üçün "İdrak" liseyində hər cür şaraitin yaradılacağını söyləyib.

Təlimdə iştirak edən müəllimlər də öz təəssüratlarını bölüşüblər.

Sonda təlimçilərə və müəllimlərə "fərqlənmə" sertifikatları təqdim olunub.

Manera.az

Müəllimlər üçün növbəti təlim

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ