Balaca Gülərin yaşam dolu qəlbindən təbrik/ MANERA.AZ

Tarix:10-03-2017, 19:46 Baxış Sayı:276

Balaca Gülərin yaşam dolu qəlbindən təbrik/ MANERA.AZ


Talassemiya xəstəsi olan 6 yaşlı Gülər Məmmədova onun müalicəsinə köməklik göstərən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı 8 mart dünya qadınlar günü münasibəti ilə özünəməxsus formada təbrik edib.

Leyla Əliyevanın portretinin yanında dayanaraq ona ən xoş arzularını ifadə edən Gülər göstərilən dəstəyə görə minnətdarlığını bildirib. Rəssam Aynurə Mustafayevanın hazırladığı bu portreti Gülər Leyla xanıma hədiyyə etmək istəyir.

Xatırladaq ki,uzun müddət xəstəlikdən əziyyət çəkən qızcığazın dadına Leyla Əliyeva çatıb. Onun müalicəsi hal-hazırda Türkiyədə davam etdirilir. Uyğun bir donor tapılarsa, Gülər Məmmədova tez bir zamanda əməliyyat da olunacaq.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ