"Elm Şənliyi" keçirildi/ MANERA.AZ

Tarix:28-12-2016, 13:30 Baxış Sayı:172

"Elm Şənliyi" keçirildi/ MANERA.AZ


23 dekabr 2016-cı il tarixində Xəzər Universitetinin Mərmər salonunda “Elm şənliyi” layihəsinin son tədbir mərhələsi işinə başladı.

Tədbir Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun, Xəzər Universitetinin, Baku New Hotel-in və Azərbaycan Arxeoloqlar Cəmiyyətinin dəstəyi və adı çəkilən müəssisələrin əməkdaşlarının təşəbbüsü ilə gerçəkləşdirildi.

Tədbiri giriş sözü ilə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının Sədri - Prof. Hamlet İsaxanlı açdı. Natiq çıxışında elmin gənclər arasında populyarlaşdırılmasının vaciblyini vurğuladı və bu istiqamətdə keçirilən bütün tədbirlərin “Xəzər” Universiteti tərəfindən dəstəkləndiyini bildirdi.

Daha sonra çıxış edən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutununu direktoru Prof. Maisə Rəhimova gənc arxeoloqlar tərəfindən Qarabağ ərazisində aparılan tədqiqatlardan söz açdı.

Layihədə tərəfdaş kimi iştirak edən Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru doktor Əhməd Sami Elaydi çıxışında Azərbaycanla Misiri bağlayan tarixi və müasir əlaqələrə, iki ölkə arasında dərinləşən münasibətlərə diqqəti çəkdi.
Tədbirdə xüsusi qonaq kimi iştirak edən Yaponiyanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri cənab Tsuquo Takahaşi çıxışında Azərbaycanla Yaponiya arasında elm üzrə əməkdaşlığın dərinləşməsi, Yaponiyanın inkişafında yapon gənclərinin elm sahələrində əldə etdiyi uğurun rolu mövzusuna toxundu.

“Elm şənliyi” layihəsi çərçivəsində Qədim Şərq tarixi üzrə elmi müsabiqənin final mərhələsinə maraq xüsusilə böyük oldu. Final mərhələdə respublikamızın dörd ali təhsil ocaqlarının (Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Qızlar Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı Filialı) 5 tələbə komandaları öz intellektual bacarıqlarını nümayiş etdirdilər. Maraqlı və həyəcanlı keçən yarışmada Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələrindən təşkil olunmuş “Misir” komandası qələbə qazandı. Digər yerləri müvafiq olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı Filialı və Azərbaycan Dövlət Pedaqoji Universitetinin təmsilçiləri tutdu. Qaliblə diplomlar və dəyərli hədiyyələr ilə mükafatlandırıldılar.

Xatırldaq ki, “Elm şənliyi” layihəsi və onun çərçivəsində gerçəkləşdirilmiş Qədim Şərqin tarixi, coğrafiyası, mədəniyyəti və ədəbiyyatı üzrə intellektual müsabiqə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilmişdir.

MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ