Beynəlxalq ərəb dili günü keçirilib

Tarix:21-12-2016, 13:05 Baxış Sayı:175



Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyət və Təhsil Əlaqələri Mərkəzində Beynəlxalq ərəb dili münasibətilə tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Mərkəzin müdiri Əhməd Sami Elaydi qonaqları salamlayaraq bildirdi: “Beynəlxalq ərəb dili günü 1973-cü ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assembleyasında qurumun rəsmi dili elan edilib. 2010-cu ildən etibarən 18 dekabr tarixi Beynəlxalq ərəb dili günü kimi qeyd edilir. Mütəxəssislər bu təşəbbüsün mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə və dünyanın müxtəlif dillərinin inkişafına yardım etdiyini bildirirlər. Hazırda dünya 450 milyondan çox insan ərəb dilində danışır.”

Sonra Qahirə Universitetinin professoru Əhməd İbrahim Dərviş cıxış edərək qonaqlara ərəb dilinin zənginliyi barədə məlumatlar verərək dedi: “Ərəb dili bildiyiniz canlı dillər içərisində ən uzun ömrü olan, ardıcıl olaraq on beş əsr ərzində davamlı şəkildə işləkliyini qoruyan bir dildir. Bu gün ərəb dilini öyrənən şəxs müasir ərəb dilindən istifadə edərək İslamdan əvvəlki dövrə aid olan mətnləri oxuya bilər.”
Daha sonra xəttatlıq üzrə mütəxəssis Əhməd Əşrəf Ubeyd xəttatlıq sənəti barədə iştirakçılara məlumat verərək, gözəl yazı nümunələri ilə qonaqları tanış etdi.

Rəsmi hissədən sonra tədbir bədii hissə ilə davam etdi. Bədii hissədə Azərbaycan Dillər Universitetinin, Bakı Dövlət Universitetinin, Avrasiya Universitetinin tələbələrinin ifasından konsert proqramı və tamaşa göstərildi.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ