Gənc rəssamların əl işlərindən ibarət sərgi açılıb

Tarix:19-12-2016, 10:48 Baxış Sayı:180

Gənc rəssamların əl işlərindən ibarət sərgi açılıb
“Art Tower” qalereyasında gənc və həvəskar rəssamların əl işlərindən ibarət qrup sərgisi açılıb.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council Azerbaijan” (“Azərbaycan İncəsənət Konsulluğu”) qeyri-hökumət təşkilatı tərəfindən təşkil olunan sərgi “Start” layihəsi çərçivəsində baş tutub.

Sərgidə 30-dək fırça ustasının müxtəlif mövzulu sənət əsərləri nümayiş olunub. Sərginin kuratoru Səbinə Nəcəfova bildirib ki, layihənin məqsədi incəsənətin təbliğində gənclərin rolunu artırmaq, onların bu işin təbliğatçısı qismində çıxış etmələrinə dəstək olmaqdır. Sərginin əhəmiyyətindən danışan kurator ekspozisiyada yer alan əsərlərin texnikada işlənən sənət əsərləri, rəngkarlıq, qobelen, heykəltəraşlıq janrlarında olduğunu söyləyib.

Qeyd edək ki, bundan öncə sözügedən layihə çərçivəsində “Bakının müasir memarlığı fotolarda” adlı sərgi də təşkil olunub.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ