Oxunub : 122 | Tarix : 14-12-2016, 19:45 | Bölmə: Cemiyyet

“Ərəb dili üzrə xəttatlıq sənəti” adlı ödənişsiz treninq kurs keçiriləcək
20-23 dekabr tarixlərində saat 16:00-da Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində “Ərəb dili üzrə xəttatlıq sənəti” adlı ödənişsiz treninq kurs keçiriləcək.

Treninq xəttatlıq sənəti üzrə 20 illik təcrübəyə malik misirli mütəxəssis Əşrəf Əhməd Əbdülvahab tərəfindən aparılacaq. Treninqdə ərəb dili müəllimləri və ərəb dilini yaxşı səviyyədə bilən və bu dildə yaxşı yazmağı bacaran tələbələr iştirak edə bilərlər.

Treninqin sonunda iştirakçılara Misir Ərəb Respublikasının Ali Təhsil Nazirliyinin sertifikatı təqdim olunacaq.
İştirak etmək istəyən şəxslərin Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinə ilə əlaqə saxlayaraq qeydiyyatdan keçmələri xahiş olunur.

Əlaqə nömrəsi 012 561 12 17.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

Oxşar xəbərlər