manera.az
manera.az

Temperament tiplərinin aydınlaşdırılması - MANERA

Temperament tiplərinin aydınlaşdırılması  - MANERA
Kəmalə Rüstəmzal

İnsanlar doğulur yaşayır sanki hamı eynidir. Amma hər bir insan fərddir. Müxtəlif düşüncəli, xasiyyətli və görünüşlü. Öz xasiyyətinizin hansı tipə aid olmasını bilmək istəyirsinizsə, buyurun aşağıda yazılanları oxuyub müəyyən edin.

SANQVİNİK

1. Şən və həyatsevər.
2. Gümrah və işgüzar
3. Çox vaxt başladığı işi axıra çatdırmayan
4. Özünü həddindən artıq yüksək qiymətləndirməyə meyilli
5. Yeniliyi tez tutan
6. Maraqları sabit olmayan
7. Uğursuzluqdan tez təsirlənən
8. Müxtəlif şəraitə asanlıqla uyğunlaşan
9. Hər bir işə həvəslə başlayan
10. İş onu maraqlandırmayanda ondan ayrılan
11. Bir işdən o biriniə tez keçən
12. Çətin işi sevməyən
13. Ünsiyyətli və həssas
14. Sürətli, aydın, canlı jest və ifadəli mimika ilə müşaiət edilən nitqə malik olan
15. Gözlənilməyən mürəkkəb vəziyyətdən asanlıqla aradan çıxan
16. Müəyyən bir işi həll edərkən tələsən
17. Bəzən üzdən hərəkət etməyə və fikrinin yayınmasına meyilli olması

XOLERİK

1. Bir yerdə qərar tutmayan
2. Səbirsiz
3. Bəzən kobud
4. Təşəbbüskar və qətiyyətli
5. İnadkar
6. Mübahisə zamanı hazırcavab
7. Riskə meyilli
8. Kin saxlamayan
9. Ağııllı danışmağı sevən
10. Əsəblərini idarə edə bilən
11. Bəzən dava etməyə meyilli,lakin özünü saxlamağı bacaran
12. Nöqsanlara dözməyən
13. İfadəli mimikanın olması
14. Bir işə başlayıb onu həll etməyə qadir
15. Yorulmadan öyrənməyə çalışan
16. Bəzən sərt hərəkətlərə meyilli
17. Qarşısına qoyduğu məqsədə nail olan
18. Əhvalının kəskin dəyişməyə meyilli olması

FLEQMATİK

1. Sakit və soyuqqanlı
2. İşdə ardıcıl və təmkinli
3. Ehtiyatlı və ağıllı hərəkət edən
4. Gözləməyi bacaran
5. Qaradinməz və boş-boş danışmağı sevməyən
6. Sakit,aydın, eyni zamanda emosiyasız nitqə malik olması
7. Təmkinli və səbirli
8. Başladığı işi axıra çatdıran
9. Öz gücünü boş yerə sərf etməyən
10. Tələblərə ciddi əməl edən
11. Həyəcanın qarşısını asanlıqla alan
12. Ətrafda baş verənlərə qarışmayan
13. Kinsiz, xoşxasiyyət,güzəştə getməyi bacarn
14. Münasibət və maraqlarında sabitlik
15. İşə gec başlayan,bir işdən digərinə gec keçən
16. Hamıya yaxşı münasibət göstərməyə çalışan
17. Hər işdə səliqəlilik və intizam sevən
18. Yeni şəraitə çətinliklə uyğunlaşan
19. İnsanları daha çox savadına və işgüzarlığına görə qiymətləndirən

MELANXOLİK

1. Utancaq
2. Yeni şəraitdə özünü itirən
3. Ünsiyyətdə çətinlik çəkən
4. Öz gücünə inanmayan
5. Tənhalığı asanlıqla keçirə bilən
6. Uğursuzluqdan sarsılan
7. Özünə qapılmağa meyilli
8. Tez yorulan
9. Zəif,aşağı səviyyədə nitqə malik olan
10. Həmsöhbətinin xarakterinə çətinliklə uyğunlaşan
11. Göz yaşı tökməyə qədər həssas
12. Rəğbət və cəzaya qarşı hədsiz dərəcədə həssas
13. Şübhələnməyə meyilli
14. Hər şeyi ürəyinə salan
15. Öz fikrini heç kəslə bölüşməyən
16. Küsəyən
17. Az fəal və bir qədər qorxaq
18. Asanlıqla təsir altına düşməyən
19. Ətrafdakılardan kömək gözləyən


Manera.az

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930