“Gənclik və İntellekt problemi” mövzusunda müzakirə keçirib

Tarix:14-11-2016, 14:30 Baxış Sayı:246

“Gənclik və İntellekt problemi” mövzusunda müzakirə keçirib
Azərbaycan Dillər Universitetində (ADU), İnformasiya Resurs Kompleksində “Fəlsəfəçilər Akademiyası” özfəalliyyət qrupunun gəncləri “Gənclik və İntellekt problemi” mövzusunda müzakirə keçirib.

Tədbirin qonaqları araşdırmaçı, fizik Yalçın İslamzadə, jurnalist, Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov və teleaparıcı Murad Əzimzadə olub.

Tədbirdə tələbələr, müəllimlər və media nümayəndələri mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Müzakirənin əsas predmeti kimi intellekt və gənclərin cəmiyyətdə rolu, elmin əhəmiyyəti və s. bu kimi məsələlərə toxunulub.

Tədbirin təşkilatçıları jurnalist, yazar Tural İsmayilov, yazar Tural Cəfər sonda qonaqlara və iştirakçılara tədbirdə iştiraklarına görə təşəkürlərini bildiriblər.

Fəlsəfəçi gənclər bu tip tədbirlərin davamlı olacağını qeyd ediblər.


“Gənclik və İntellekt problemi” mövzusunda müzakirə keçiribБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ