Oxunub : 255 | Tarix : 30-08-2016, 13:00 | Bölmə: Cemiyyet / usaq


Uşaqlarınızı belə qoruyun |MANERA.AZ

Yay aylarında açıq havada keçirilən zaman da artır. Bu halda bəzi qəzalar da qaçılmaz olur. Xüsusilə uşaqların yay mövsümündə artan enerjiləri, həyəcanları və aktiv hərəkətləri daha çox təhlükəli vəziyyətlər yaradır. Yayda hovuz və dənizdə olan günvurmalar, burxulma və qırıqlarla nəticələnən velosiped qəzaları, boğulmadan tutmuş günəş yanmalarına qədər bir çox səbəbdən uşaqlarını təcili yardıma gətirən valideynlərin də sayı artır. Yayın sevincinin kədərlə bitməsini istəmirsinizsə diqqətli olun.

Yayda uşaqlar əyləndikləri zaman onları gözləyən təhlükənin fərqində olmaya bilik. Ona görə də bəzi lazımi tədbirlər görməkdə fayda var. Əks halda bu qəzalar həm ciddi və qalıcı sağlamlıq problemlərinə yol aça bilər, həm də yay tətiliniz acı xatirələrlə yadda qalar. İlk növbədə valideynlər ilk yardım tətbiqlərini öyrənməlidirlər.

Velosiped xəsarətləri və yol qəzalarına qarşı tədbir

Yaşıllıq olmayan yerlərdə uşaqlar küçədə oynamaq məcburiyyətində qalır. bu halda isə yol qəzalarında ciddi artım olur. Uşaqların oynadığı və velosiped sürdüyü yerin etibarlı və avtomobillərin sıx istifadə olunmadığı yol olmasına diqqət edin. Daxili orqanlardakı xəsarət qarşıdakı günlərdə də böyük fəsadlara səbəb ola biləcəyi üçün həkimə müraciət edin. Dəridə problem yaranıbsa, bol təmiz su ilə yaranı yuyub üzərini təmiz parça ilə bağlayın. Yol qəzaları baş verərsə, uşaq yıxılarsa beyin və nəfəs kimi həyati funksiyalarını nəzarət edin. Problem aşkarlasanız vaxt itirmədən təcili yardım çağırın. Bu müddətdə xüsusilə boyun bölgəsindəki onurğanı sabit saxlayın.


Suda gözləyən təhlükə


Uşaqlar həddindən artıq isti günlərdə sərinləyib əylənmək üçün suya baş vururlar. Dəniz, göl, su kənarlarında boğulma xəbərlərinə tez-tez rast gəlirik. Uşağınız üzməyi bacarsa da, bacarmasa da gözünüzü ondan ayırmayın. Kiçik uşaq üçün çox az miqdarda su yığını belə, böyük risk yarada bilər. Unutmayın ki, bir neçə dəqiqəlik laqeydlik öhdəsində gələ bilməyəcəyiniz qəzalara yol aça bilər. Boğulma vəziyyətində dərhal həyati funksiyalarına diqqət edin, beyni dayanıbsa və nəfəs almırsa həyatı qurtaran 5 nəfəs verin. Dəyişiklik olmasa təcili yardım çağırın dərhal əsas həyat dəstəyi tətbiq edin. Vəziyyəti yaxşılaşsa da mütləq həkimə aparıb müayinədən keçirin.

Günvurma zamanı nə etməli?

Yayda bişməcədən tutmuş günvurmaya qədər günəşin səbəb olduğu bir çox mənfi hallarla rastlaşırıq. Yüksək hərarət və başgicəllənmə diaqnozu qoyulan günvurma həyati risk meydana gətirir. Halsızlıq, yorğunluq kimi yüngül mənzərələr baş ağrılarına səbəb ola bilər. Sadə tədbirlərlə bunların qarşısını ala bilərsiniz. Nahar saatlarını kölgədə keçirməsini, bol su içməsini, gün ərzində sərin duş almasını təmin edin. Nazik və enli paltarlar geyindirin. Şüşələri açıq olsa da uşağı qətiliklə maşında saxlamayın. Hər hansı bir problem yaranarsa, əvvəlcə bədən istiliyini aşağı salın, sonra həkimə aparın.

Günəş və termal yanıqlara qarşı nə etməli?


Yayda hovuz kənarları və ya dənizdə fərqində olmadan günəş yanıqları meydana gələ bilər. Bu səbəbdən də uzun müddət günəşdə qalmamasına, günəşdən qoruyucu krem istifadə etməsinə diqqət edin. Uşağınızın yanında kibrit və alışqan saxlamayın. Bağlı və ya açıq məkanlarda yandırılan alov ətrafında olduqda onlar üçün tədbir görün. Sadə yanıqlar zamanı yaranı bol soyuq su ilə yuyub təmiz sarğı ilə bağlayın. Buz, diş pastası, yağ və ya bənzəri maddələrdən qaçın. Ciddi yanıqlar baş verdikdə dərhal təcili yardım çağırın. Bu müddətdə etibarlı bir mühitdə yanıq bölgəsini təmiz bez ilə örtün, infeksiyadan qoruyun. Kiçik yanıq qəzalarında belə mütləq həkimə müraciət edin.

Qanamalara qarşı nə etməli?

Qanayan hər hansı bölgəni bol təmiz su ilə təmizləyib, təmiz bezlə üstünü örtərək sıxın. Buna baxmayaraq, qan dayanmırsa son variant olaraq bandajla sarıyın. Burun qanamalarında uşağın başını arxaya doğru qaytarın. Sonra başı yüngül önə əyib, burun sümüklərini bir-birinə doğru yüngülcə sıxın. Barmaq zədələnibsə, durmadan təcili yardım çağırın. Ancaq bu müddətdə barmağı nəmli və soyuq saxlayın. Təmiz parça və təmiz su ilə nəmləndirərək sarıyın. Təmiz, dəliksiz, ağzı bağlı plastik torbaya qoyub, ağzını möhkəm bağladıqdan sonra, içində su və buz parçaları olan başqa bir torba və ya qab içinə yerləşdirin. Qırılan orqanı birbaşa su içinə qoyub buz ilə təmas etdirmək olmaz.

Burxulma, çıxıq və qırıqlarla mübarizə

Uşaqların yayda tez-tez rastlaşdığı qəzalardan biri də yıxılmadır. Burxulmalar, çıxıq və qırıqlardan təsirlənən üzv sabitlənməlidir. Bunun üçün ətrafdakı bir cismi istifadə edə bilərsiniz. Üzv altına qoyduğumuz bu cisim bir sarğı ilə sarılmalı və yüksəkdə tutulmalıdır. Mümkündürsə soyuq tətbiq olunmalı və təcili həkimə müraciət olunmalıdır.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

Oxşar xəbərlər