Tanınmış jurnalistin yeni kitabı nəşr olunub

Tarix:18-07-2016, 10:00 Baxış Sayı:427

Tanınmış jurnalistin yeni kitabı nəşr olunub
“Şuşa” nəşriyyatında çap olunan nəfis tərtibatlı növbəti yeni kitab “İllərin axarında” adlanır

Kitabın müəllifi, tanınmış jurnalist Ənvər Məşədiyevdir.

Kitab müəllifin 2003-cü ildə “Azərbaycan” nəşriyyatında çap edilmiş “Yaddaşımın işığında” əsərinin davamıdır. Birinci kitabda müəllifin uşaqlıq və gənclik illərinin xatirələri, jurnalist fəaliyyəti dövründə tanış olduğu, həyatda iz qoyan bir çox elm xadimləri, təhsil və səhiyyə adamları, ayrı-ayrı peşə sahibləri, sadə insanlar barədə qələmə aldığı oçerklər, bədii yazılar, habelə ötən əsrin 70-ci illərindən 2003-cü ilədək dövri mətbuatda müxtəlif janrlarda dərc edilən publisistik yazılarından seçmələr yer alıb.

“İllərin axarında” kitabı müəllifin altıncı əsəridir.

Kitabda ulu öndərimiz, dünya şöhrətli siyasətçi, möhtəşəm insan Heydər Əliyevin titanik fəaliyyətini, respublikamızın iqtisadi-sosial məsələlərinin, elminin, təhsilinin, səhiyyəsinin və s. inkişafındakı rolu barədə yazılar, ölkə Prezidenti cənab İlham Əliyevin paytaxtımıza qayğısını, ümumiyyətlə ölkəmizin inkişafındakı rolunu, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mehriban xanım Əliyevanın mədəniyyətimizin, təhsilimizin, musiqimizin inkişaf etdirilməsindəki xidmətlərini, jurnalistikamızın patriarxı Nəsir İmanquliyevin “Bakı” və “Baku”, Axşam qəzetlərinin yaradılmasında və həmin mətbu orqanların təşəkkül tapmasında böyük əməyini əks etdirən yazılardan nümunələr də verilib.

“İllərin axarında” kitabında isə müəllifin 2003-cü ildən 2016-cı ilədək kütləvi informasiya vasitələrində, ayrı-ayrı kitab və toplularda dərc edilmiş məqalələri, müsahibə və rəyləri, kitabları barədə dərc olunmuş məqalələr, eyni zamanda, “Bir az da özümüzdən” adlı sənədli povesti verilib. Kitabda yer alan yazıların əksəriyyəti “Bakı” qəzetində dərc edilən məqalələrdir. Ömrünün yarım əsrə yaxın bir dövrünü bu mətbu orqanı ilə bağlayan müəllif bir publisist kimi Bakı sakinlərinin, dəyərli oxucuların fikirlərini də ifadə edən kiçik həcmli yazılarından tutmuş, geniş məqalələrinədək bu kitaba daxil etməyə çalışıb.
Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru Aynel Məşədiyevadır.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ