“Ədəbiyyat biliciləri” -qaliblər mükafatlandırılıb |MANERA.AZ

Tarix:18-06-2016, 12:30 Baxış Sayı:854

“Ədəbiyyat biliciləri” -qaliblər mükafatlandırılıb |MANERA.AZ
Təhsil Nazirliyində “Ədəbiyyat biliciləri” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov ilk dəfə keçirilən müsabiqənin böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Qeyd edilib ki, “Ədəbiyyat biliciləri” müsabiqəsi üç mərhələdən ibarətdir. Müsabiqənin məktəb mərhələsində bölgələr üzrə 25 minədək şagird iştirak edib. Onların arasından fərqlənən 4.037 şagird rayon (şəhər) mərhələsində iştirak hüququ qazanıb. Müsabiqənin rayon (şəhər) mərhələsi martda yekunlaşıb və 93 şagird respublika mərhələsinə keçib.

Müsabiqənin nəticələrinə görə, beş nəfər birinci, 10 nəfər ikinci, 15 nəfər üçüncü yerə layiq görülüb. Qaliblər diplom, tərifnamə və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ