“Morelin ixtirası” kitabı təqdim olunub MANERA.AZ

Tarix:3-06-2016, 11:37 Baxış Sayı:286

 “Morelin ixtirası” kitabı təqdim olunub MANERA.AZ

M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi ilə Argentinanın ölkəmizdəki səfirliyinin birgə layihəsi olan “Morelin ixtirası” kitabının təqdimat mərasimi keçirilib.

MANERA.AZ xəbər verir ki, Argentinanın ölkəmizdəki səfiri Carlos Dante Riva Servantes Ədəbiyyat Mükafatı laureatı, ispandilli ədəbiyyatın məcrasını kökündən dəyişmiş Adolfo Bio Kasaresin “Morelin ixtirası” kitabının əhəmiyyətindən danışıb.

Azərbaycan Tərcümə Mərkəzinin direktoru Afaq Məsud əvvəlcə rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Azərbaycan ədəbiyyatının dünyada təbliği və dünya ədəbiyyatının ölkəmizdə tanıdılması sahəsində gördükləri işlərdən danışıb.
 “Morelin ixtirası” kitabı təqdim olunub MANERA.AZ
Milli Kitabxananın rəhbəri Kərim Tahirov layihənin əhəmiyyətindən danışıb. O qeyd edib ki, bu layihə Azərbaycan oxucularının Argentina yazıçılarını daha yaxşı tanıması istiqamətində atılan mühüm addımdır.

Tərcümə Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirən Kərim Tahirov yeni kitabın tərcüməsinə görə oxucular adından mərkəzə minnətdarlığını bildirib.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ