“Oxu günü”ndə kitab aksiyası - FOTOLAR | MANERA.AZ

Tarix:25-04-2016, 11:47 Baxış Sayı:1160

“Oxu günü”ndə kitab aksiyası  - FOTOLAR | MANERA.AZ

Aprelin23-də Bakının Nəsimi rayonunda yerləşən “Zorge” parkında Mədəniyyət və Turizm, Təhsil nazirlikləri, Nəsimi Rayon İcra Hakimiyyəti və “Hədəf” nəşrlərinin təşkilatçılığı ilə ikinci dəfə “Oxu günü” keçirilib.

MANERA.AZ xəbər verir ki, “Oxu günü” layihəsinin həyata keçirilməsinə təşkilati dəstək verən Azərbaycan Yazıçılar Birliyi, Yunus Əmrə İnstitutu, Kitabevim.az kitab mağazaları şəbəkəsi, Baku-Bus, AMEA Mərkəzi Elmi Kitabxana, “Medika Hospital”, “Qlobal Karyera” İnstitutu, “ASAN Könüllüləri” və “Hədəf” kursları və bir çox idarə və təşkilatların nümayəndələri bu aksiyada iştirak edib.

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev oxucuları salamlayaraq, kitabın həyatımızdakı mühüm rolundan söhbət açıb. Bildirib ki, “Oxu günü”ndə ölkəmizdə fəaliyyət göstərən müxtəlif nəşriyyatlar, kitab və ədəbiyyat klublarının bir araya gəlməsi, insanların kitabla bayramlaşması layihənin böyük uğurundan xəbər verir.

“Gəlin birgə oxuyaq!” şüarı altında təşkil olunmuş layihənin əsas məqsədlərindən biri də fəal oxucularla müəlliflərin, tanınmış insanların bir-birinə qarşılıqlı kitab hədiyyə etməsi olub. Həmçinin layihə çərçivəsində Xalq Yazıçısı Çingiz Abdullayevin, Milli Məclisin deputatı, tanınmış yazıçı Aqil Abbasın kitablarının, Türkiyənin tanınmış yazıçılarından olan Ahmet Haldun Terzioğlunun “Hədəf” nəşriyyatında çapdan çıxmış “Tomris Xan” və şairə Zərəngiz Dəmirçi Qayalının “Xan” nəşriyyatında dərc edilmiş “Oğul” kitabının da təqdimatı, müəlliflərin oxucularla görüşü və “imza günü” keçirilib.

Tədbirdə “Əsgərə kitab” adlı kitab aksiyası keçirilib. Bu aksiyada müəlliflərlə birgə oxucular da aldıqları kitablarını aksiya üçün nəzərdə tutulmuş guşəyə təqdim etməklə onları əsgərlərə hədiyyə ediblər. Belə ki, “Oxu günü”ndə iştirak edən, aksiya üçün toplanan kitablar əsgərlərə göndəriləcək. Məqsəd Vətənin keşiyini çəkən əsgərlərin də “Oxu günü”nün iştirakçısı olduqlarını bildirmək və hədiyyə olunan kitablarla onların asudə vaxtlarının səmərəli təşkilinə yardımçı olmaqdan ibarətdir.

Tədbir çərçivəsində incəsənət ustalarının və Nəsimi rayonundakı məktəblərin, mədəniyyət mərkəzlərinin, uşaq evlərinin yeniyetmə sənətçiləri konsert proqramı ilə çıxış ediblər.

Sonda fərqlənənlərə diplomlar, xatirə hədiyyələr təqdim olunub.



“Oxu günü”ndə kitab aksiyası  - FOTOLAR | MANERA.AZ
“Oxu günü”ndə kitab aksiyası  - FOTOLAR | MANERA.AZ
“Oxu günü”ndə kitab aksiyası  - FOTOLAR | MANERA.AZ
“Oxu günü”ndə kitab aksiyası  - FOTOLAR | MANERA.AZ
“Oxu günü”ndə kitab aksiyası  - FOTOLAR | MANERA.AZ
“Oxu günü”ndə kitab aksiyası  - FOTOLAR | MANERA.AZ
“Oxu günü”ndə kitab aksiyası  - FOTOLAR | MANERA.AZ
“Oxu günü”ndə kitab aksiyası  - FOTOLAR | MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ