Oxunub : 387 | Tarix : 17-04-2016, 20:51 | Bölmə: Cemiyyet / Tercume

Gənclərə “Media və PR” adlı təlim keçirilib -MANERA.AZ
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Jurnalistlər İşçi Qrupu tərəfindən PR və media mütəxəssisi Vüqar Babanın təqdimatında “Media və PR” adlı təlim keçirilib.
Gənclərə “Media və PR” adlı təlim keçirilib -MANERA.AZ
ATGTİ-nin Jurnalistlər İşçi Qrupunun rəhbəri Türkanə Əsədovanın MANERA.AZ-a verdiyi məlumata görə, təlim zamanı “PR-ın düzgün analizi”, “Reklam və PR-ın fərqi, medianın rolu”, “İctimai əlaqələrin qurulmasında vacib amillər” və bu sahə üzrə digər mövzularda müzakirələr aparılmış, maraqlı məlumatlar dinlənilmişdir.

Qeyd edək ki, təlimdə media mütəxəssisi, “Təmiz Şəhər” ASC-nin mətbuat katibi Vüqar Baba ilə yanaşı “ASAN Xidmət”in mətbuat katibi Anar Hüseynov, Xəzər TV-nin xəbər aparıcısı Turan Babayev də qonaq qismində iştirak edərək, təcrübələrini bölüşüblər.


Gənclərə “Media və PR” adlı təlim keçirilib -MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников

Oxşar xəbərlər