Əgər istək yoxdursa... _MANERA

Tarix:5-02-2016, 15:10 Baxış Sayı:306

Əgər istək yoxdursa...    _MANERA
Kaş ki, bir də tələbə olaydım


“Əgər istək yoxdursa, heç bir şey əldə etmək mümkün deyildir.”

Ötən ayın son həftələrində Ölkə başçısının Sərəncamı ilə təsdiq olunmuş “İctimai iştirakçılıq haqqında” Qanunun müddəa və tələblərinə, bununla əlaqədar Təhsil Naziri Mikayıl Cabbarovun müvafiq əmrinə əsasən sessiya imtahanlarında obyektivliyin və şəffaflığın təmin olunmasında nəzarət qrupunun üzvü olaraq təhsil eksperti kimi bir sıra ali məktəblərdə müşahidəçi qismində iştirak etmiş, ali təhsil müəssisələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsi, infrastrukturlarının müasir beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində aparılan davamlı işlərinin bilavasitə şahidi olmuşam. Xoş təəssuratlarım yetərincədir.

Belə təəssüratlarımdan biri və ən təsirlisi Odlar Yurdu Universitetində 2003-cü ildən fəaliyyət göstərən elektron kitabxanasının yeni modelinin-elektron kitabxana portalının tələbə və müəllim heyətinin istifadəsinə verilməsinin təqdimat mərasimində bir təhsil mütəxəssisi kimi qonaq qismində iştirakım olub. Təqdimat mərasimində OYU-nun professor-müəllim heyəti, tələbə kontingenti və digər qonaqlar iştirak edirdi.

Məlumdur ki, son illər inkişaf etmiş ölkələrdə demokratiyanı daha da inkişaf etdirən amillərdən biri “Elektron hökumət”in formalaşdırılması hesab edilir. Bəri başdan xatırladım ki, Ölkəmizdə “Elektron hökumət”in formalaşdırılması Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)“ təsdiq edilməsi haqqında Sərəncamı,”Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında “ 23 may, 2011-ci il tarixli Fərmanı və digər normativ-hüquqi aktlarla fəaliyyəti üçün hüquqi baza yaradılmışdır. Bu baxımdan OYU-da yaradılan elektron kitabxana dövlətin “Elektron hökumət” formalaşdırılması istiqamətində apardığı siyasətə mühüm töhfədir.


Universitetin və ümumilikdə təhsilimizin səlnaməsi üçün əlamətdar olan tədbirin açılışında Universitetin rektoru, professor Əhməd Vəliyev, XXI əsr Təhsil Mərkəzinin rəhbəri, fəlsəfə doktoru Etibar Əliyev, Zülfüqar Hüseynzadə və digər rəsmilər məhz bu məqamları xüsusi vurğulayaraq kitabxananın mahiyyəti və əhəmiyyətinə, dərin və dayanaqlı biliklər və məlumatlar əldə edilməsində virtual məkanın, müasir texnologiyaların imkanlarına, yaradılan sistemin sadəliyinə və operativliyinə diqqət çəkdilər.

Geniş məruzə və çıxışlardan sonra nümayiş etdirilən videoçarxdan məlum oldu ki, Odlar Yurdu Universiteti müasir texnologiyaları və beynəlxalq standartları öz işində tətbiq edərək qlobal təhsil sisteminə inteqrasiya etməkdədir. Universitet Avrasiya və ABŞ-ın aparıcı universitetləri ilə geniş əməkdaşlıq əlaqələri qurub ki, bu da tələbə və müəllimlərə öz işlərinin səmərəliliyini artırmaq üçün geniş imkanlar yaradır.Ali məktəb kitabxanaları arasında ilk dəfə olaraq OYD-da elektron kitabxana yaradılmış və tələbələrin ixtiyarına verilmişdir. Bunun nəticəsi kimi Universitetin bütün tədris bölmələri müvafiq ədəbiyyatlarla təchiz edilir və oxucularını istənilən elm sahəsində kitablarla təmin edir.

Universitetdən nostalji hisslərlə ayrıldım. Yol boyu xəyalım məni bir anlığa 70-ci illərin tələbəlik həyatına qaytardı.Oxumaq, bilik əldə etmək üçün hansı problemlərlə üzləşməmişdik? Tədris vəsaitlərinin məhdudluğu ucbatından bizə oxunan mühazirələrin hər bir cümləsini qaçırmamaq üçün yazmaqdan barmaqlarımız qabar atardı. Günümüzün böyük hissəsinı müəyyən defisit nüsxələrlə tanış olmaq üçün qiraət zallarında keçirərdik, zaçot və imtahanlara hazırlaşmaq üçün digər mərkəzi kitabxanalara uzun yol qət edib konspekt çıxarardıq. Daha nələr, nələr...

Öz-özümə sual verdim. Bəs indi oxumaq, lazımi bilikləri əldə etmək, vətənə layiqli vətəndaş kimi yetişmək üçün daha nə lazımdır? Kimsə mübahisə edə bilər ki, maddiyyat, sosial təminat da zəruri şərtdir.Elə isə, biz oxuyanda maddi vəziyyətimiz və şəraitimiz indikindən qat-qat ağır idi.Lakin, biz oxuduq, çətinliklərə sinə gərdik, ərsəyə yetdik. Çünki, həvəs, istək və səy vardı.
Sonda Nobel mükafatçısı Amerika-Misir alimi Əhməd Zevaylın gənclərə bir tövsiyəsi ilə fikrimi tamamlamaq istərdim: “Istək ekstremal dərəcədə vacibdir ki, mənə bu gün əldə etdiklərimi nəsib edib. Əgər istək yoxdursa, heç bir şey əldə etmək mümkün deyildir. Məsələn, hər hansı bir ideyan varsa, lakin istək yoxdursa, sən irəliləyə bilməzsən.Sənin istəyə, sevgiyə və gördüyün işə həvəslə yanaşmağa ehtiyacın var.“

Onu bilmirəm ki, bəlkə də Zevaylın dünya şöhrətli alimə çevrilməsində boya-başa çatdığı İskəndəriyyə şəhərinin məşhur və zəngin kitabxanalarının rolu və təsiri olub. Ancaq onu bilirəm ki, Odlar Yurdu Universiteti rəhbərliyinin eksttremal istəyi sayəsində OYU-da belə bir kitabxana yaradılıb, tələbələrin istifadəsinə verilib. Bircə qalıb tələbələrin iistəyi.
O ki, qaldı mənim istəyimə kaş ki, bir də tələbə olsaydım...


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ