Oxunub : 305 | Tarix : 5-01-2016, 13:05 | Bölmə: Cemiyyet

Əsrin yaşıdı İsmayıl İbrahimov  | MANERA.AZ

Azərbaycanın görkəmli alimi texnika elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Sosialist Əməyi Qəhrəmanı İsmayıl İbrahimovun 100 yaşı tamam olub.

İsmayıl İbrahimov 31 dekabr 1915-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur.

M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu bitirmişdir (Azərbaycan Dövlət Neft Akademiyası).

1968-ci ildə AMEA-nın müxbir üzvü, 1980-cı ildə həqiqi üzvü seçilmişdir.

Fasiləsiz işləyən texnoloji proseslərin və istehsalatların riyazi modelləşdirilməsi və optimal idarə edilməsinin metodoloji əsaslarını yaratmışdır. Neft emalı istehsalatının optimallaşdırılması məsələlərinin faktiki olaraq reallaşdırmaqdan ötrü modellərin struktur və funksional xüsusiyyətlərini nəzərə alan səmərəli hesablama üsulları qurmuşdur.

Həmçinin İsmayıl İbrahimov tərəfindən informasiya qıtlığı şəraitində iritonnajlı etilen istehsalının riyazi modelləri, optimal və operativ idarə edilməsi üsulları təklif olunmuşdur. Determinik və qeyri-səlis şəraitdə işləyən qeyri-stasionar reaktor kompleksinin operativ planlaşdırılmasının və optimal idarə edilməsinin riyazi modellər kompleksi işlənib hazırlanmışdır.

1983-cü ildə İ.Ə.İbrahimov bir qrup alim və mütəxəssislə birlikdə istehsalatın səmərəliliyini yüksəltmək üçün idarəetmə və informasiya sistemlərinin hazırlanması və tətbiqi adlı işinə görə elm və texnika sahəsində SSRİ Dövlət mükafatına layiq görülmüşdür.

Akademikin 100 yaşını təbrik edirik, ona can sağlığı, uzun ömür arzu edirik.

Turan Etibaroğlu
Manera.az

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

Oxşar xəbərlər