Altı il nə tez ötdü, QIZIM?! - Rekviyem | MANERA.AZ

Tarix:15-12-2015, 12:31 Baxış Sayı:1200

Altı il nə tez ötdü, QIZIM?! - Rekviyem | MANERA.AZ

manera.az

Rekviyem
(Qızım Günel xanım üçün)


1

Gəldin
həyatımıza
sevinc qatdın.
Getdin
sevinci də,
dünyamızın rəngini də
özünlə apardın.
Varlığın
bir yoxluq,
yoxluğun bir varlıq.
Elə bil
heç olmamısan,
amma həmişə bizimləsən.
Altı il
nə tez ötdü!?
"Salam"ın
dünyamızı
nura boyadı,
"əlvida"n
onu
zülmətə
qərq etdi.

2
On beş may
bizə sevinc
bəxş etdi,
on beş dekabr
bizi
əbədi qəmə
məhkum etdi.
İyirminin
səksən səkkizimi
uğursuz oldu?
Yoxsa
iyirmi birin
doqquzuncusu
nəhs oldu?
Bəlkə
iyirmi bir il
yuxuda olmuşuq?
Əyri-üyrü
yollarmı
günahkardır,
yuxumu?
Bilmirəm.
Bircə onu
bilirəm ki,
"inna lillahi
və inna
iləyhi
raciun".

3
Qəhər
boğur,
göz yaşları
yazmağa qoymur.
Gözəl gülüşün
həmişə
gözlərimin önündə.
Şirin səsin
həmişə
qulaqlarımda
Varlığın
bir yoxluq,
yoxluğun
bir varlıq.
Varlığın
varlığımız
var olduqca
varlıq.
Sən həmişə
bizimləsən.

4
Durmuşam
yolun
qırağında.
İçimdə
bir boşluq.
Dibsiz
bir boşluq.
Aşağıda
uçurum,
dibində
nəhəng daşlar
olan uçurum.
Qarşımda
yola tərəfki
budaqlarına
hər fürsətdə
qərənfillər,
qızılgüllər
bağladığmız
nil ağacı.
Ondan aşağıda
"uçan" avtomobilin
sındırdığı qolları
yanına düşmüş
"xəcalətli"
palıd ağacı.
Arxamda
isə yol,
mənzərəli yol,
əyri-üyrü yol.
Kim bilir
neçə cavanın
canına qıymış
acımasız yol.

5
Dik baxa
bilmirəm
qırmızı güllərə.
(Və bir də
o məşum gecədən sonra
qəbristanlıqlarda
qırmızı parçalar
bağlanmış
baş daşlarına).
Gözümü
dikirəm
nəhəng daşlara,
qəddar daşlara,
qatil daşlara,
zalım daşlara.
İçimdə
bir fırtına.
Sunami
qədər güclü.
Zahirən
sakit,
gücsüz.
Gücüm
bir güllərə
çatır,
bir də
dualara.

Mirzə Məhəmmədhüseyn
MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ