“Siqaret dəbdir!?” adlı sərgi - FOTO | MANERA.AZ

Tarix:3-12-2015, 12:03 Baxış Sayı:311

 “Siqaret dəbdir!?” adlı sərgi - FOTO | MANERA.AZ

Dekabrın 2-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksində “Siqaret dəbdir?!” adlı sərgi açılıb.

Sərgi ADRA-nın təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə təşkil edilib. Sərginin məqsədi gənc xanımlara siqaretin onlara və cəmiyyətə verdiyi zərərlərlə bağlı düzgün məlumat çatdırmaqdır. Layihə sərgidə nümayiş olunan şəkillər vasitəsilə xüsusilə qadınlara siqaretsiz həyat tərzini seçərək zərif və sağlam olmağı tövsiyə edir.

 “Siqaret dəbdir!?” adlı sərgi - FOTO | MANERA.AZ

Sərgidə akademiyanın tələbələrinin və gənc rəssamların mövzunu əks etdirən əl işləri nümayiş olunub. İki gün davam edəcək sərgidə, həmçinin gənc xanımlarla “Siqaret dəbdir?!” mövzusunda diskussiyalar aparılacaq, onlara maarifləndirici məlumatlar veriləcək.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ