9 noyabr - dövlət bayrağı günüdür | MANERA.AZ
Ağstafa rayonunda 9 noyabr Bayraq günü ilə bağlı Heydər Əliyev mərkəzində rəsmi tədbir keçirildi.
Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyəti Başçısının təhsil, səhiyyə, mədəniyyət üzrə myüavini Lalə xanım Eyyubova açdı.
Dövlət atributları içərisində bayrağın xüsusi rolunu qeyd etdi. Müqəddəs olduğunu vurğuladı.
Bu bayramın da önəm daşıdığını, dövlətçilikdə vacib günlərdən olduğunu qeyd etdi.
Sonra sözü Ağstafa rayon Ağsaqqallar Şurasının sədri, yazıçı - jurnalist Firdovsi Heydərliyə, Ağstafa qəzetinin baş redaktoru İbrahim Əliyevə, tarix nüəllimi İndira Səmədovaya verdi.
Daha sonra Ağstafa rayon Mədəniyyət və Turizm şöbəsinin inspektrı Mətanət Əliyeva hərarətli çıxışıyla diqqəti cəlb etdi.
Özünün də əslən Qarabağlı olduğunu qeyd edərək, növbəti bayramın Qarabağda keçirilməsini arzuladı.
Sonda məktəblilərin bayraqla bağlı kompozisiyası təqdim olundu.
Məktəblilərin ifasında şeirlər səsləndi.
Günay,
MANERA.AZ