“Dünya rəssamları” adlı sərgi açılıb - MANERA.AZ

Tarix:15-10-2015, 18:02 Baxış Sayı:253

 “Dünya rəssamları” adlı sərgi açılıb - MANERA.AZ

Oktyabrın 15-də “N.Nərimanov” metro stansiyasının keçidlərində “Bakı Metropoliteni” QSC-nin “AtraBank” ASC ilə birlikdə təşkil etdiyi “Dünya rəssamları” sərgisi açılıb.

“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, stansiyanın keçidində təşkil edilmiş təqdimat mərasimində “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev və maliyyə departamentinin xidmət şöbəsinin rəisi Lalə Babayeva, “AtraBank”ın baş direktoru Pərvin Nəbiyev çıxış edərək, sərginin məram və məqsədləri barədə məlumat veriblər. Bildirilib ki, bu, “Bakı Metropoliteni” QSC-nin “MetroGallery” layihəsi çərçivəsində həyata keçirdiyi üçüncü belə sosial aksiyadır. Bundan əvvəl elə bu stansiyanın keçidlərində talassemiyalı uşaqlara yardım məqsədilə uşaqların rəsm əsərlərindən ibarət sərgi təşkil olunub. “Gənclik” metro stansiyasında isə foto əsərlərdən ibarət sərgi hazırda davam edir.

“Dünya rəssamları” sərgisinin keçirilməsində əsas məqsəd sərnişinləri, eləcə də şəhərimizin sakinlərini və qonaqlarının diqqətini dünyanın təsviri sənət dahilərinin əsərlərinə bir daha yönəltməklə, cəmiyyətdə maarifləndirmə işini gücləndirmək, gənc nəsillərin, xüsusən azyaşlı uşaqları maraq dünyasının formalaşdırılmasına təsir göstərmək və ümumən, insanlara xoş ovqat bəxş etməkdir.

Sərgidə dünyanın ən məşhur rəssamlarının 85 rəsm əsərinin reproduksiyası nümayiş etdirilir. Onlardan 15-i avtoportretdir. Ümumiyyətlə, 70 əsər nadir dünya sənət incisi hesab edilir. Stendlərin yerləşdirildiyi guşələrdə əsərlər və müəllifləri haqqında üç dildə (Azərbaycan, ingilis və rus) məlumat yerləşdirilib.

Qeyd edək ki, nümayiş etdirilən əsərlərin hər biri ilə virtual tanışlıq da mümkündür. Bunun üçün smartfon və ya planşetə “QR-Code reader” proqramı yüklənərək tamaşa etdiyiniz əsərin üzərindəki xüsusi QR-koda yaxınlaşdırıb, Bakı metropoliteninin rəsmi internet səhifəsi “metro.gov.az”da yerləşdirilmiş “Artgallery” bölməsinə daxil olmaq və hər bir əsər haqqında ayrıca ətraflı məlumat almaq olar.

“Dünya rəssamları” sərgisi 2016-cı il aprelin 15-nə kimi davam edəcək.
 “Dünya rəssamları” adlı sərgi açılıb - MANERA.AZ
 “Dünya rəssamları” adlı sərgi açılıb - MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ