Oxunub : 226 | Tarix : 28-09-2015, 11:22 | Bölmə: Cemiyyet

Bakıda "Gəlin birlikdə dəstək olaq" adlı sərgi açılıb /MANERA.AZ

Bakıda sağlamlıq imkanları məhdud olan istedadlı insanların əl işlərindən ibarət sərgi açılıb

Bakıda sağlamlıq imkanları məhdud olan istedadlı insanların əl işlərindən ibarət "Gəlin birlikdə dəstək olaq" adlı sərgi açılıb.

MANERA.AZ xəbər verir ki, layihənin təşkilatçısı Sevinc Əlizadə tədbirdə çıxış edərək belə sərgilərə hər zaman dəstək verməyə hazır olduqlarını söyləyib. Bildirib ki, sərginin əsas məqsədi fiziki məhdudiyyəti olan şəxslərin problemlərinin həllinə kömək göstərmək, parlaq gələcək qurmaqda onlara yardımçı olmaq, cəmiyyətin bu məsələyə diqqətini yönəltmək və sosial aktiv vətəndaşları bu fəaliyyətə cəlb etməkdən ibarətdir.

"Park İNN-Azərbaycan" otelində təşkil olunmuş sərgidə 30-dan çox sağlamlıq imkanları məhdud olan insanların əl işləri nümayiş olunub.

Bir gün davam edən sərgidə qayğıya ehtiyacı olan insanların əl işlərini almaqla onlara cüzi də olsa yardım edə bilmək imkanı yaradılıb.

Xeyriyyə məqsədilə açılan sərgi qonaqlar tərəfindən maraqla qarşılanıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников

Oxşar xəbərlər