Yaşım mənə baş daşıdı - ŞEİRLƏR | MANERA.AZ

Tarix:19-10-2015, 11:55 Baxış Sayı:229


Anamın gözləri

Bu dəfə həyatı unutdum bir az,
Anamın qəm dolu gözünə baxdım.
Həyatı anladım mən o gözlərdə,
Damlatək anamın gözündən axdım.

Bir layla deyirdi anam gözündə,
Öyüdlər verirdi baxışlarıyla.
Duymadım qəm, kədər heç bir sözündə,
Həyatı anlatdı ağ saçlarıyla.

Saçına bir ağ dən düşən zamandan
Saçları ağardı anamın hər gün.
Çox zaman gülsə də, çəkirdi sanki
Qəmli gözləriylə qəlbinin yükün.

Gözləri bir dərya oldu anamın
Yaşları axmadı, qaldı eləcə.
Ve susdu, xoşbəxttək göstərdi özün
Ömrünü yaşadı anam beləcə.

Çox yorğunam…

Bu aralar çox yorğunam,
Daha Əzgin ve qırılmış.
Biraz arzularım var
Xəyalı bir ömrə yetməyən
Daha bitkin, sarsıldılmış.
Gözlərimin nəmilə axıb gedir xəyallarım,
Ümidlərim buz kimidi,
Zamanı saxlaya bilmir arzularım.

Yaman ağlağan olmuşam bu aralar,
Dəyişmişəm axır vaxtlar
Daha solğun,
Daha yorğun.
Biraz da əsəbi olmuşam.
Nə fikrimin bir mənası,
Nə də xəyalımın bir yeri var.
İçimdə biri ağlayır hər gün
Hıçqırıqsız və səssicə.
Sanki mənə usyan edir
Çox sayqısız və bitmişcə.

Çox yorğünam bu aralar,
Görünməyən yüklərim var.
Biraz da yaşlandım sanki
Yaşım mənə ağır gəlir.
Bəlkə əllidi yaşım
Bəlkə də yüz.
Azdı yaşım doğulandan
Bu həyatın yük yaşıdı.

Qocalmışam artıq, həyat
Yaşım hələ çoxalmadan.
Yaşım mənə baş daşıdı,
Bir taxtadan, ya da daşdan.
Üstü yazılmayıb hələ,
Tarixi də yoxdu belə.
Nə ölmüşəm, nə olmuşam
Mən həyatın tələsində
Vaxtsız yerdə var olmuşam,
Öz anamın beşiyində
Vaxtından tez qocalmışam.

MANERA.AZ



Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ